Bakıda yük maşınları toqquşdu: sürücü kabinədə sıxıldı-VİDEO

Bakıda yük maşınları toqquşdu: sürücü kabinədə sıxıldı-VİDEO

Xəbər Yerində xəbər verir ki, Bakının Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində iki yük avtomobilinin iştirakı ilə qəza baş verib.

Hadisə zamanı “Mercedes” markalı yük maşını yol kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Toqquşmadan sonra “Mercedes”in sürücüsü nəqliyyat vasitəsinin daxilində sıxılmış vəziyyətdə qalıb.

Hadisə barədə məlumatın daxil olmasından sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları əraziyə cəlb ediliblər.

Xilasedicilər xüsusi alətlərdən istifadə etməklə kabinədə sıxılmış vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Elşən Talışovu avtomobildən çıxarıblar. Yaralı aidiyyəti üzrə təhvil verilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir