Ucarda valideynlər məktəbli formasını dəstəklədi – “Ayrı-seçkiliyin qarşısı alınır”

Ucarda valideynlər məktəbli formasını dəstəklədi – “Ayrı-seçkiliyin qarşısı alınır”

Məktəb yalnız şagirdlərin bilik əldə etdiyi deyil, həm də onların ünsiyyət qurmağı, kollektiv daxilində davranmağı və ümumi qaydalara əməl etməyi öyrəndiyi mühitdir. Bu baxımdan məktəbdə geyim qaydalarının da müəyyən əhəmiyyət daşıdığı bildirilir.

Xəbər Yerində-nin Apa-ya istinadən verdiyi xəbərə görə, valideynlər bu məsələdə vahid məktəbli geyiminin tərəfdarı olduğunu bildirib. Onlar hesab edirlər ki, şagirdlərin eyni formada geyinməsi onların zahiri görünüşünə görə fərqləndirilməsinin qarşısını alır və diqqətin dərs prosesinə yönəlməsinə kömək edir.

Süjetdə çıxış edən valideynlərdən biri məktəbli formasının tətbiqini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, imkanlı ailələrin uşaqlarının daha bahalı geyimlərlə məktəbə gəlməsi digər şagirdlər arasında fərqlilik yarada bilər.

Valideyn qeyd edib ki, vahid məktəbli forması bu cür ayrı-seçkiliyin qarşısını almaqla yanaşı, uşaqların psixoloji durumuna da müsbət təsir göstərə bilər.

Digər valideynlər də məktəbdə qaydalara riayət olunmasının vacibliyini vurğulayıblar. Onların sözlərinə görə, şagirdlərin məktəbə vaxtında gəlməsi, dərslərdə iştirakı və müəyyən olunmuş qaydalara əməl etməsi təhsil mühitinin nizamlı olması baxımından önəmlidir.

Valideynlər məktəbə gələn uşaqların müəyyən edilmiş məktəbli formasında olmasının daha məqsədəuyğun olduğunu bildiriblər.

Süjetdə vurğulanıb ki, məktəbin əsas vəzifəsi şagirdlərə bilik verməklə yanaşı, cəmiyyət üçün məsuliyyətli fərdlər yetişdirməkdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir