Xəbər Yerində xəbər verir ki, Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Ü.Quliyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.
Qeyd edək ki, 1966-cı il sentyabrın 17-də anadan olan Ülvi Quliyevin sabah 60 yaşı tamam olur.

