Xəbər Yerində xəbər verir ki, müğənni Üzeyir Mehdizadə Xalq artisti Alim Qasımovla birlikdə ifa etdiyi “Nəyindən narahatsan” mahnısına çəkilən kliplə bağlı onu tənqid edənlərə münasibət bildirib.
Sənətçi sosial şəbəkədə yayımladığı videomüraciətdə yeni duetlərini bəyənməyən şəxslərə səslənib.
“Bəyənmirsinizsə, baxmayın”
Üzeyir Mehdizadə müraciətində klipi və mahnını tənqid edən şəxslərdən sadəcə izləməmələrini xahiş edib.
O, paylaşımında qısa şəkildə “Baxmayın” deyərək narazı qalanlara cavab verib.
Alim Qasımovla duet gündəm olmuşdu
Qeyd edək ki, Üzeyir Mehdizadə və Xalq artisti Alim Qasımovun “Nəyindən narahatsan” adlı mahnıya çəkdirdiyi klip bir neçə gün əvvəl təqdim olunub.
Klipdə iki sənətçinin duet ifası ilə yanaşı, ailə və övlad mövzusu da əks etdirilib. Mahnı və klip sosial şəbəkələrdə müzakirələrə səbəb olub, bəzi istifadəçilər isə Üzeyir Mehdizadənin ifasını tənqid ediblər.
Üzeyirin son videomüraciəti də məhz həmin iradlara cavabı kimi qiymətləndirilir.

