Vətən müharibəsində yaralanan gəncin əlilliyi dayandırıldı – TƏBİB-dən açıqlama

Vətən müharibəsində yaralanan gəncin əlilliyi dayandırıldı – TƏBİB-dən açıqlama

44 günlük Vətən müharibəsi zamanı ağır yaralandığı bildirilən Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Raqil Hüseynovun əlillik təyinatının yenilənməməsi ilə bağlı iddiaya TƏBİB-dən münasibət bildirilib.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, TƏBİB sorğuya cavab olaraq vətəndaşın tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmaların əlillik təyinatı üçün müəyyən edilmiş meyarlara uyğun olmadığını açıqlayıb.

Qeyd olunub ki, Raqil Hüseynovun tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” əsasında qiymətləndirilib.

“Tibbi sənədlərdə qeyd olunan diaqnoz və ağırlaşmalar əlillik təyinatına uyğun olmadığına görə Həkim Məsləhət Komissiyası tərəfindən “Əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina aktı” tərtib edilərək təqdim olunub”, – deyə açıqlamada bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir