Vaşinqtonda güclü meşə yanğınları: 600-dən çox bina külə döndü

Vaşinqtonda güclü meşə yanğınları: 600-dən çox bina külə döndü

ABŞ-ın Vaşinqton ştatının şərqində baş verən iri meşə yanğınları nəticəsində azı 600 bina, o cümlədən yaşayış evləri və biznes obyektləri məhv olub. Fəlakət səbəbindən on minlərlə sakin təxliyə edilib.

Xeberyerinde xarici KİV-ə istinadın xəbər verir ki, rekord isti hava, güclü külək və uzunmüddətli quraqlıq fonunda alov ştatın ikinci ən böyük şəhəri olan Spokan və ətraf ərazilərdə sürətlə yayılıb. Hazırda yanğınlar hələ də nəzarət altına alınmayıb.

Rəsmi məlumatlara əsasən, 4 mindən çox bina təhlükə altındadır, təxminən 60 min sakinə təxliyə göstərişi verilib.

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson ştatda fövqəladə vəziyyət elan edib və sentyabrın sonunadək açıq havada od yandırılmasını qadağan edib. ABŞ Prezidenti Donald Trampla keçirilən danışıqdan sonra federal yardımın ayrılması və FEMA-nın fəaliyyətə cəlb olunması qərara alınıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir