Vüqar Bayramov iqtisadiyyatla bağlı riskdən danışdı

Vüqar Bayramov iqtisadiyyatla bağlı riskdən danışdı

Azərbaycan iqtisadiyyatının azsaylı iri biznes subyektləri üzərində qurulması riskləri artıra bilər. Buna görə də kiçik və orta sahibkarlığın inkişafı daha çox stimullaşdırılmalıdır.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

Deputat sahibkarlıqda yeni yanaşma təklif edir

Vüqar Bayramov qeyd edib ki, bir çox ölkələrin təcrübəsi iqtisadiyyatda əsas məsələnin biznesin böyüklüyü deyil, onun iqtisadiyyat üzrə necə paylanması olduğunu göstərir.

Deputatın sözlərinə görə, iqtisadiyyatın azsaylı böyük bizneslər üzərində qurulması risk ehtimalını artırır. O, Avropa İttifaqında ümumi daxili məhsulun 64 faizinin kiçik və orta sahibkarlığın payına düşdüyünü xatırladıb.

Bayramov hesab edir ki, dövlət siyasəti daha az riskli iqtisadiyyatın formalaşmasını stimullaşdırmalıdır. Əsas məqsəd ayrı-ayrı böyük şirkətlərin deyil, bütövlükdə iqtisadiyyatın böyüməsi olmalıdır.

“İl ərzində dəfələrlə qeyd etdiyimiz kimi, böyük biznes böyük iqtisadiyyat anlamına gəlmir. Bu fəlsəfədən çıxış edərək, Vergi Məcəlləsində də, xüsusilə mikro və kiçik sahibkarların başlanğıc vəsaitlərinin cəlb edilməsi, biznesin qurulması və fəaliyyətə başlaması istiqamətində daha çox güzəştlərin tətbiqi və stimullaşdırıcı mexanizmlərin nəzərdə tutulması vacibdir”, – deyə deputat vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir