Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində iş apararkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə: Qafqazinfo

