Azərbaycan musiqi sənətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov dünyasını dəyişib.
Xəbər yerində APA-ya istinadən xəbər verir ki, sənətkar 23 avqust 2026-cı ildə, 96 yaşında vəfat edib. Bu barədə onun oğlu Vahid Bakıxanov məlumat verib.
Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, tanınmış tarzən və Xalq artisti Əhməd Bakıxanovun ailəsində anadan olub. O, uzun illər Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfə verib, bəstəkar və pedaqoq kimi fəaliyyət göstərib.
Bəstəkarın zəngin yaradıcılıq irsinə çoxsaylı simfonik, kamera və vokal əsərləri, eləcə də balet və musiqili komediyalar daxildir. O, Azərbaycan musiqisində simfonik muğam janrının inkişafında mühüm rol oynayıb.

