“Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi, Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb.
Xəbər yerində “AzərTAC”a istinadən xəbər verir ki, bu mərhələdə ümumilikdə 87 ailə – 335 nəfər doğma yurdlarına köçürülüb.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (36 nəfər), Xocalı rayonunun Badara kəndinə 5 ailə (13 nəfər), Xanyurdu kəndinə 4 ailə (10 nəfər), Xanabad kəndinə 8 ailə (31 nəfər), Ballıca kəndinə 3 ailə (8 nəfər), Təzəbinə kəndinə isə 14 ailə (71 nəfər) yerləşdirilib.
Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə (36 nəfər), Həsənriz kəndinə 6 ailə (30 nəfər), Aşağı Oratağ kəndinə 12 ailə (49 nəfər), Çapar kəndinə isə 15 ailə (51 nəfər) köçürülüb.




