Xırdalanda ər-arvad arasında baş verən mübahisə faciə ilə nəticələnib.
Hadisə zamanı kişi həyat yoldaşını bıçaqlayıb, daha sonra özünə də xəsarət yetirib. Nəticədə hər iki şəxs həyatını itirib.
Hadisə Xırdalan şəhərində ər-arvadın yaşadığı evdə baş verib. İlkin məlumata görə, ailə münaqişəsi zamanı kişi həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Daha sonra o, özünə də bıçaq zərbələri endirib.
Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarının araşdırması zamanı ölən şəxslərin 1972-ci il təvəllüdlü Tərlan Həsən oğlu İbrahimov və 1978-ci il təvəllüdlü Günəş Xəlil qızı İbrahimova olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

