Xırdalanda qumbara partlayışında ölən 19 yaşlı qız idmançı imiş-VİDEO

Xırdalanda qumbara partlayışında ölən 19 yaşlı qız idmançı imiş-VİDEO

Xəbər Yerində xəbər verir ki, Xırdalanda əl qumbarasının partlaması nəticəsində həyatını itirən Xədicə Mustafayeva kikboksinqlə məşğul olub.

2007-ci il təvəllüdlü gəncin müxtəlif kikboksinq yarışlarında iştirak etdiyi və turnirlərdə qalib olduğu bildirilir.

Məlumata görə, Xədicə Mustafayeva hadisədən əvvəl ailə üzvlərinə məktub yazıb.

Hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində baş verib. Partlayış nəticəsində ağır xəsarətlər alan 19 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb. Hazırda hadisənin səbəbləri və digər hallar araşdırılır.

Mənbə: Xitab24

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir