Xocavənddə mina partlayışı: İki nəfər xəsarət aldı

Xocavənddə mina partlayışı: İki nəfər xəsarət aldı

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib.

Xeber Yerinde-nin əldə etdiyi məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə buldozerin minaya düşməsi nəticəsində qeydə alınıb.

Buldozeri Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasov idarə edib.

Partlayış nəticəsində Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir