Xəzərin suyu sürətlə azalır: Nazir müavini ciddi təhlükədən danışdı

Xəzərin suyu sürətlə azalır: Nazir müavini ciddi təhlükədən danışdı

Xəzər dənizində su səviyyəsinin son onilliklər ərzində davamlı azalması artıq proqnoz deyil, real ekoloji problemə çevrilib.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən panel sessiyada bildirib.

Onun sözlərinə görə, Xəzərin dayazlaşması sahilyanı ərazilərin dəyişməsinə, ekosistemlərin daralmasına və suiti, nərə balığı kimi canlıların məhv olmaq riskinin artmasına səbəb olur.

Nazir müavini qeyd edib ki, problemin təsirləri sahilyanı icmaların həyatına və regionun iqtisadi fəaliyyətinə də ciddi zərər vura bilər.

Rauf Hacıyev problemin yalnız ayrı-ayrı ölkələrin səyləri ilə həllinin mümkün olmadığını, Xəzəryanı dövlətlərin birgə və əlaqələndirilmiş fəaliyyətinin vacib olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir