Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.
Qurultay Heydər Əliyev Mərkəzində təşkil olunub. Hakim partiyanın üzvləri tədbirdə iştirak edirlər.
Qurultaydan əvvəl və tədbir zamanı hakim partiya üzvlərinin görüntüləri yayılıb.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib.
























