Yaponiyada güclü zəlzələdən sonra partlayış baş verdi

Yaponiyada güclü zəlzələdən sonra partlayış baş verdi

Yaponiyanın Küsü adasında baş verən 7,1 bal gücündə zəlzələdən sonra Kumamoto prefekturasının Kaşima qəsəbəsində yerləşən “Aeon Mall Kumamoto” ticarət mərkəzində partlayış baş verib.

“Fuji TV” telekanalının yaydığı məlumata görə, hadisə nəticəsində ölənlər var.

Rəsmi qurumların açıqlamasında bildirilir ki, ərazidən təxminən 200 nəfər təxliyə edilib. Dağıntılar altında insanların qalması ehtimalı nəzərdən keçirilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Küsü adasında 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb. Bundan əlavə, Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir