Yasamalda ərazi yanır

Yasamalda ərazi yanır

Bakının Yasamal rayonunda açıq ərazidə yanğın qeydə alınıb.

Xeber yerinde xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri əraziyə yönləndirilib.

Hazırda yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir