Yaşayış binasında təhlükəli liftlər aşkarlandı-FOTO

Yaşayış binasında təhlükəli liftlər aşkarlandı-FOTO

Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Xeberyerinde-nin Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, Narizliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK-nın hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir