Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğradı – 2 pilot öldü-VİDEO

Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğradı – 2 pilot öldü-VİDEO

Yunanıstanda keçirilən beynəlxalq aviaşou zamanı faciə baş verib. Hərbi Hava Qüvvələrinə məxsus “F-4 Phantom” qırıcısının qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Hadisə Afinanın yaxınlığındakı Tanaqra aviabazasında keçirilən “Athens Flying Week – Tanagra International Air Show 2026” tədbirinin ilk günü qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfərlik ekipaj manevr zamanı təyyarədə nasazlıq yarandığını anlayıb. Pilotların qırıcını tamaşaçılardan və uçuş-enmə zolağından mümkün qədər uzaqlaşdırmağa çalışdıqları bildirilir.

Təyyarə yerə çırpıldıqdan sonra iki hissəyə parçalanıb və ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və helikopterlər cəlb olunub.

Xilasetmə xidmətlərinin apardığı axtarışlar zamanı pilotların meyitləri qəza yerində aşkarlanıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir