Zəlzələ xəbərləri səngimir: Bu dəfə İspaniyada 3 güclü təkan-VİDEO+FOTO

Zəlzələ xəbərləri səngimir: Bu dəfə İspaniyada 3 güclü təkan-VİDEO+FOTO

İspaniyanın cənubundakı Qranada əyalətində ard-arda üç zəlzələ baş verib.

Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, təkanlar nəticəsində bəzi binalara ziyan dəyib, azı üç nəfər yüngül xəsarət alıb. Bir uşaq isə ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

İspaniyanın Milli Coğrafiya İnstitutunun (IGN) məlumatına görə, ən güclü zəlzələ Qranada şəhərindən təxminən 10 kilometr cənubda yerləşən Qocarda qeydə alınıb. Saat 10:37-də baş verən 4,7 bal gücündə zəlzələ dayaz dərinlikdə olduğundan ətraf yaşayış məntəqələrində güclü hiss olunub.

Ardınca qısa fasilələrlə daha iki təkan baş verib.

Təhlükəsizlik tədbirləri çərçivəsində UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan Əlhambra Sarayı kompleksinin bəzi hissələrinə giriş məhdudlaşdırılıb. Həmçinin bir sıra muzey, inzibati bina və idman obyektlərinin fəaliyyəti dayandırılıb.

Qranada metrosunda qatarların hərəkət sürəti saatda 30 kilometrə endirilib. Şəhərdəki bəzi hotellər isə ehtiyat tədbiri olaraq müvəqqəti təxliyə edilib.

Qeyd edək ki, şənbə günü Qranadada 5,0 bal gücündə zəlzələ baş vermişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir