Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından zəhərlənərək həyatını itirib.
Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə oktyabrın 12-də gecə saat 03:00 radələrində Zaqatala şəhərinin Vidadi küçəsində yerləşən mənzillərdən birində baş verib.
Şəhər sakini, 2012-ci il təvəllüdlü Y.Q. yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

