Zaqatalada 4 yaşlı qız bağçada ağır xəsarət aldı-VİDEO

Zaqatalada 4 yaşlı qız bağçada ağır xəsarət aldı-VİDEO

Zaqatalanın kəndlərindən birində yerləşən uşaq bağçasında 4 yaşlı qız ağır xəsarət alıb.

Xeber Yerinde xəbər verir ki, hadisə təxminən 2 ay əvvəl baş verib. Bağça rəhbərliyinin bildirdiyinə görə, uşaq oynayarkən yıxılıb və əlindəki qazana dəyərək baş nahiyəsindən xəsarət alıb.

Hadisədən sonra uşağın başında və üzündə şişkinlik yaranıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Valideynin sözlərinə görə, hadisədən sonra uşaq mütəmadi olaraq həkim nəzarətindədir. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir və ciddi tibbi nəzarətdə saxlanılır.

Həkimlərin bildirdiyinə görə, uşağın ən azı 6 ay ərzində yıxılmaması və hər hansı zədə almaması vacibdir.

Hadisənin digər detalları və uşağın hazırkı vəziyyəti barədə ətraflı məlumat videosüjetdə təqdim olunacaq.

Mənbə: Bakutv

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir