Xəbər Yerində xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Gözbarax kəndində baş verib.
Kənd sakini, 52 yaşlı Sərdar Şaban oğlu İsgəndərovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.
İki uşaq atası olan S. İsgəndərovun nəşi müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Qafqazinfo

