Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək.
“Xəbər Yerində” “Unikal”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə-Ukrayna münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Görüşdə, həmçinin Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

