Bakıda yerləşən zoomağazaların birində zorakılığa məruz qalan qadın hadisənin təfərrüatları barədə danışıb.
Xeberyerinde Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkən Sevil Manafovanın keçmiş iş yoldaşı olan şəxs baş verənlərdən danışarkən hadisənin səbəbləri barədə məlumat verib.
O bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən çıxarılan Zamiq Xəlilov Sevil Manafovanı bir müddət təqib edib və ona dəfələrlə hədə-qorxu gəlib.
Keçmiş iş yoldaşı qeyd edib ki, Z.Xəlilov işdən uzaqlaşdırıldıqdan sonra da aqressiv davranışlarını davam etdirib: “Mən həmin şəxsdən həmişə çəkinmişəm. Öz hisslərimə güvənərək ondan uzaq durmağa çalışmışam. Mənə qarşı niyə belə münasibət göstərdiyini bilmirəm”.
Sevil Manafova isə bildirib ki, iyulun 17-də heç bir münaqişə yaşamadığı keçmiş iş yoldaşı tərəfindən qəfil hücuma məruz qalıb.
Onun sözlərinə görə, hadisə paytaxt ərazisində fəaliyyət göstərən zoomağazalardan birində baş verib. Z.Xəlilov əvvəlcə onu təhqir edib, daha sonra polisə müraciət etmək istədiyi zaman hücum edərək döyüb.
Zərərçəkən aldığı xəsarətlər səbəbindən uzun müddətdir müalicə aldığını bildirib: “Həmin gündən bəri həkimlərə müraciət edirəm. Ağrıkəsicilər qəbul edirəm, qabırğalarım ciddi zədələnib”.
Qeyd edək ki, Zamiq Xəlilov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

