Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Hadisə sentyabrın 8-də gecə saatlarında, rayonun Yarməmmədbağı kəndi ərazisində, Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.
Məlumata görə, Elyar Məhəmmədovun idarə etdiyi “KIA” markalı avtomobil hərəkətdə olarkən Vicay Ağayevin idarə etdiyi “Lovol” markalı traktorla toqquşub. Toqquşmadan sonra minik avtomobili alışaraq yanıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, eləcə də 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova həyatını itirib.
Avtomobildə olan 1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Oxu.az





