Zərdab rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə Yevlax rayonundan Zərdabın Məlikumudlu kəndinə qonaq gedən şəxslərin olduğu minik avtomobilinin idarəetmədən çıxaraq yüksək gərginlikli elektrik dirəyinə çırpılması nəticəsində baş verib.
Qəza zamanı “Mercedes” markalı avtomobildə olan sərnişin Leyla İsmayılova aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Müxtəlif dərəcəli xəsarət alan daha iki nəfər Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Rayonda elektrik enerjisi kəsildi
Qəza nəticəsində yüksək gərginlikli elektrik dirəyi aşıb. Bu səbəbdən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: Xəzərxəbər

