Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Rayon sakini Samir Hüseynlinin idarə etdiyi “Kia Rio” markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə yol kənarındakı ağaca, daha sonra isə bardürə çırpılıb.
Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər – 2003-cü il təvəllüdlü Aydın Əhmədov və 2004-cü il təvəllüdlü Amil Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA

