🇮🇷 İranda toy mərasimi atəşə tutulub: 2 ölü, 50 yaralı

🇮🇷 İranda toy mərasimi atəşə tutulub: 2 ölü, 50 yaralı

İranın cənubundakı Sirik şəhərində toy mərasimi zamanı atəşə tutulma hadisəsi baş verib. Hadisə nəticəsində azı 2 nəfər ölüb, yaralananların sayı isə 50-yə çatıb.

Xəbər Yerində xəbər verir ki, “Tasnim” agentliyinin yaydığı məlumata görə, hadisə ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələr fonunda qeydə alınıb.

ABŞ tərəfi həyata keçirilən hərbi əməliyyatların İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə qarşı yönəldiyini açıqlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına əsasən, sentyabrın 1-dən etibarən İranda SEPAH-a məxsus komandanlıq məntəqələri, raket və pilotsuz uçuş aparatları ilə bağlı obyektlər hədəfə alınıb. Vaşinqton zərbələri Hörmüz boğazında kommersiya gəmilərinə və ABŞ hərbçilərinə qarşı hücum cəhdlərinə cavab kimi təqdim edib.

Məlumata görə, hücumlar Bəndər-Abbas, Cask, Çabahar, Konarak, Minab, Sirik və Qəşm adası da daxil olmaqla, İranın cənub sahillərində yerləşən bir sıra ərazilərə yönəlib. İran rəsmiləri zərbələr nəticəsində mülki şəxslərin də həlak olduğunu və yaralandığını bildiriblər.

SEPAH isə ABŞ-nin hücumlarını “kor-koranə və çarəsiz addım” kimi qiymətləndirərək cavab tədbirlərinə başladığını açıqlayıb. Korpus həmçinin ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir