102 yaşlı müharibə veteranı vəfat etdi

102 yaşlı müharibə veteranı vəfat etdi

İkinci Dünya müharibəsinin Azərbaycanda yaşayan sonuncu iştirakçılarından biri, I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunan Rəşid Qasımov dünyasını dəyişib.

R.Qasımov 102 yaşında Göyçay rayonunda vəfat edib. Onun ölüm xəbərini jurnalist Nadir Yalçın yayıb.

1924-cü il mayın 9-da Füzuli rayonunda anadan olan Rəşid Mənsim oğlu Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə göndərilib. 1945-ci ildə doğma rayonuna I qrup əlil kimi qayıdıb. Müharibə zamanı sağ ayağını itirib və göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.

Müharibədən sonra Füzulidə aqronom, zootexnik, ferma müdiri və briqadir kimi müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə məcburi köçkün olaraq Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb.

Qeyd edək ki, Rəşid Qasımov Vətən müharibəsində şəhid olan baş leytenant Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nofəl Qasımovun atası olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir