12 il əvvəl Rusiyada törədilən qətl: İki azərbaycanlıya 15 il həbs istənildi

12 il əvvəl Rusiyada törədilən qətl: İki azərbaycanlıya 15 il həbs istənildi

Rusiyada 2013-cü ildə törədilən qətllə bağlı Azərbaycanda mühakimə olunan iki şəxsin məhkəməsində dövlət ittihamçısı çıxış edib.

Xəbər Yerində xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror Elxan Xuduyev və Seymur Məmişovun hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama əsasən, hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikasında baş verib. Seymur Məmişov və Elxan Xuduyevin əvvəlcədən tanıdıqları Rusiya vətəndaşı Azaliya Asanovanı törətdikləri digər ağır cinayəti gizlətmək məqsədilə boğaraq öldürdükləri bildirilir.

Cinayət işi 2024-cü ilin dekabrında Rusiya Baş Prokurorluğu vasitəsilə Azərbaycana göndərilib. İş üzrə ibtidai istintaq Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində davam etdirilib.

Toplanan sübutlar əsasında hər iki şəxs xarici ölkədə qabaqcadan əlbir olan qrup halında adam öldürmə və başqa cinayəti gizlətmək məqsədilə qətl törətmə maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Məhkəmə prosesi sentyabrın 16-da davam etdiriləcək. Təqsirləndirilən şəxslər hazırda həbsdədir.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir