12 yaşlı uşağa maşın hədiyyə etdilər, faciə yaşandı-VİDEO

12 yaşlı uşağa maşın hədiyyə etdilər, faciə yaşandı-VİDEO

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında, azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun ölümü ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.

Xeber Yerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, ailənin qonşularının sosial şəbəkələrdə yaydığı məlumata görə, yeniyetmə qəza zamanı “Smart” markalı kiçik avtomobili özü idarə edib.

İddiaya əsasən, avtomobil bir müddət əvvəl Tapdığa valideynləri tərəfindən hədiyyə edilib. Lakin onun sürücülük vəsiqəsi almaq üçün yaşı çatmadığından avtomobili yollarda idarə etməsinə icazə verilməyib.

Bildirilir ki, hadisə baş verən gecə 12 yaşlı uşaq atasından xəbərsiz avtomobili götürərək küçəyə çıxıb. Bir müddət sonra isə qəza törədib.

Nəticədə Tapdıq Qəhrəmanov həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir