Yevlaxda ağır qəza: 2 qardaş öldü, 5 nəfər yaralandı 

Yevlaxda ağır qəza: 2 qardaş öldü, 5 nəfər yaralandı 

Yevlax rayonunun Salahlı kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Xeber Yerinde APA-ya istinadən xəbər verir ki, qəza zamanı Aqşin Hüseynovun idarə etdiyi “Mercedes-Benz 200” markalı avtomobillə Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində “Lifan”ın sürücüsü Akif Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə zamanı Elcan Hacıyev, Əli Hacıyev, Nihad Hacıyev və Rza Xurşudov da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılar avqustun 12-də saat 19:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.

Onlara zəruri tibbi yardım göstərilib. Hazırda yaralıların müalicəsi davam etdirilir. Üç nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir