Xəbər Yerində xəbər verir ki, Bakıda 14 yaşı tamam olmayan qızla münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi rayonunun Xocasən qəsəbəsində yaşayan 13 yaşlı Z.Abdulovanın hamilə olduğu müəyyənləşib. Qız hamiləliyin altıncı ayında ölü döl dünyaya gətirib və hadisə barədə polisə məlumat verilib.
Münasibətin necə başladığı məlum olub
Araşdırma zamanı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevin onun yaşadığı binanın həyətində meyvə-tərəvəz satdığı və bu yolla tanış olduqları müəyyənləşib.
İlkin olaraq ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilib. Lakin məhkəmə araşdırması zamanı münasibətdə zorakılıq faktı müəyyən edilməyib.
18 yaşlı oğlana 4 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə C.Babayevin əməli Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə tövsif edilib.
Məhkəmə onun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

