Yevlaxda 16 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.
Xeberyerinde xəbər verir ki, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M. Əzizova qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bildirilib ki, yeniyetmə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Yeniyetmənin ölümünün dəqiq səbəbi təyin olunacaq məhkəmə-tibbi ekspertizasının və istintaqın nəticələrindən sonra məlum olacaq.

