Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışları davam edir
Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, iyulun 6-da nəzarətsiz çimərlik ərazisində batan Zeynəb Rasim qızı Məmmədzadənin tapılması istiqamətində əməliyyat fasiləsiz şəkildə aparılır.
Axtarışlara FHN-in Aviasiya dəstəsinin helikopteri, həmçinin Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.
Qurumdan bildirilib ki, axtarışların gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

