Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı Rəsul Nəsirov vəfat edib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəsul Nəsirov Bakıda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında dünyasını dəyişib.
Məlumata görə, Rəsul Nəsirov da qardaşı kimi hərbçi olub. O, iki il əvvəl Xankəndiyə gedərkən yol qəzasına düşüb və qəza nəticəsində ağır xəsarətlər alıb.
Uzun müddət müalicə alan Rəsul Nəsirovun həyatını xilas etmək mümkün olmayıb. Onun vəfatının dəqiq səbəbi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

