Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib.
200-dən çox şəxsin saxlanıldığı iddia olunur
İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları mümkün ictimai asayiş pozuntusunun qarşısını alaraq bir qrup şəxsi saxlayıblar.
Yayılan məlumatlarda saxlanılanların sayının 200 nəfəri keçdiyi, hadisə ilə bağlı isə 100-ə yaxın cinayət işinin açıldığı iddia edilir.
Qeyd edək ki, saxlanılanların sayı və cinayət işləri ilə bağlı məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

