40 min manatlıq “Mercedes”i belə yandırdı – Video

40 min manatlıq “Mercedes”i belə yandırdı – Video

Masazır qəsəbəsində dörd avtomobilin yanması ilə bağlı yeni məlumatlar əldə etmişik.

Xəbər Yerində xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində baş verib. İlkin məlumatlara görə, avtomobillərdən birində başlayan yanğın qısa müddətdə digər nəqliyyat vasitələrinə də keçib. Nəticədə üç avtomobil tamamilə yanıb, birinə isə ciddi ziyan dəyib.

Əldə etdiyimiz məlumata görə, hadisənin qəsdən törədilməsi ehtimalı var. Belə ki, yaxınlıqda yerləşən “Araz” marketin müşahidə kamerasının görüntülərinə baxış zamanı maskalı şəxsin “Mercedes” markalı avtomobili yandırdığı məlum olub.

Bildirilir ki, yandırılan avtomobil yeni alınmış olub və təxminən 40 min manat dəyərində qiymətləndirilir.

Qeyd edək ki, yanğın oktyabrın 9-da axşam saatlarında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisənin təfərrüatları və maskalı şəxsin kimliyi ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir