Xətai rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə 10 oktyabr axşam saatlarında Neapol dairəsi yaxınlığında qeydə alınıb.
Belə ki, yolu keçən qadını Mercedes markalı avtomobil vurub. Qəza nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və ölən qadının şəxsiyyəti araşdırmadan sonra məlum olacaq.

