5 sinif üzrə bütün məzunlar tələbə adını qazandı-FOTO

5 sinif üzrə bütün məzunlar tələbə adını qazandı-FOTO

Xəbər Yerində xəbər verir ki, Qax, Qəbələ və Oğuzda bir sıra siniflərin bütün məzunları ali məktəblərə qəbul olunaraq 100 faizlik nəticə göstəriblər.

Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11V və 11U siniflərini bitirən bütün məzunlar universitetə qəbul olublar.

Qəbələ şəhərində Nicat Apayev adına 4 nömrəli tam orta məktəbin 11A və 11B siniflərinin hər bir şagirdi də ali məktəbə qəbul olub.

Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin 11H sinfi isə qəbulda 100 faiz nəticə göstərib.

Beləliklə, üç rayonda ümumilikdə 5 sinfin bütün məzunları tələbə adını qazanıb.

Xəbər Yerində olaraq bütün tələbə adı qazanmış abituriyentləri təbrik edirik.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir