6 dövlət müəssisəsi ləğv olunur – Kreditorlara 2 ay vaxt verildi

6 dövlət müəssisəsi ləğv olunur – Kreditorlara 2 ay vaxt verildi

Xəbər Yerində “Report.az”a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) balansında olan beş MMC və Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin İmişli Balıq Zavodu ləğv olunduqlarını elan ediblər.

Ləğv olunan müəssisələr arasında “Ucar 3 nömrəli Təmir Quraşdırma”, “İsmayıllı Avtovağzalı”, “Daşkəsən Tikinti Müəssisəsi”, “Tərtər Barama Müəssisəsi”“Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC-lər yer alır.

Siyahıya həmçinin Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin İmişli Balıq Zavodu daxildir.

Kreditorlara müraciət

Məlumata görə, adıçəkilən müəssisələrin kreditorları tələblərini iki ay ərzində təqdim edə bilərlər.

Tələblər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanına bildirilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir