Naxçıvanda tanınmış atlet həbs edildi – 10 min manatlıq dələduzluq

Naxçıvanda tanınmış atlet həbs edildi – 10 min manatlıq dələduzluq

Xəbər Yerində “Report.az”a istinadən xəbər verir ki, Naxçıvanda tanınmış atlet Əmrah Nağıyev dələduzluqda təqsirləndirilərək saxlanılıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Nağıyev bir neçə şəxsin övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə kömək edə biləcəyini vəd edərək onları aldatmaqda şübhəli bilinib.

Aparılan araşdırma zamanı onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq ümumilikdə 10 min manata yaxın pul aldığı müəyyənləşdirilib.

Cinayət işi açılıb

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Əmrah Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əmrah Nağıyev müxtəlif yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir