6 gün əvvəl yoxa çıxmışdılar – əmiuşaqlarının meyitləri meşədə tapıldı-VİDEO

6 gün əvvəl yoxa çıxmışdılar – əmiuşaqlarının meyitləri meşədə tapıldı-VİDEO

Lənkəranda bir neçə gün əvvəl evdən çıxan iki şəxsin meyiti meşəlik ərazidən tapılıb.

Xeber Yerinde Baku Tv-ə istinadən xəbər verir ki, hadisə rayonun “İbadi” adlanan meşəlik ərazisində baş verib.

Məlumata görə, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyev bir neçə gün əvvəl evdən çıxıblar. Onlardan xəbər alınmaması yaxınlarının narahatlığına səbəb olub və axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində hər iki şəxsin meyiti ötən gün meşəlik ərazidə aşkarlanıb.

Araşdırma zamanı Xəzər və Fidan Mirzəyevin əmiuşağı olduqları məlum olub.

Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev bildirib ki, oğlu evdən çıxdığı gün onunla telefonla danışıb. Xəzər atasına Lənkərana getdiyini və anasının yanına yollandığını deyib.

“Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatçılıqdır, anam oradadır, yanına gedirəm. Üstündən bir gün keçdi, ona zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Dünən xəbər çatdı ki, meyitlərini tapıblar”, – deyə Vurğun Mirzəyev bildirib.

Meyitlər Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Onların ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub. Ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir