Abşeron rayonunun Xırdalan şəhərində minik avtomobilində yanğın baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Hyundai” markalı avtomobildəki yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

