Xəbər Yerində xəbər verir ki, Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 23-də saat 11 radələrində şəhərin Füzuli küçəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Nazim İsayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil 1954-cü il təvəllüdlü Mahmud Kərimovun sürdüyü “Muravey” markalı motosikletlə toqquşub.
Qəza nəticəsində motosiklet sürücüsü beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-yə yerləşdirilib. O, müalicə aldığı xəstəxanada bir gün sonra vəfat edib.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

