Netanyahu canlı efirdə ağzından qaçırdı – nəyi açıqladı?

Netanyahu canlı efirdə ağzından qaçırdı – nəyi açıqladı?

Xəbər Yerində xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahu İranın oğullarından birinə qarşı sui-qəsd cəhdi həyata keçirdiyini iddia edib.

Netanyahu bu barədə İsrailin Kanal 14 televiziyasında yayımlanan proqramda telefonla canlı bağlantı zamanı danışıb. O, İranın oğullarından birini hədəf alan sui-qəsd cəhdinin olduğunu bildirib.

Yayım qadağasını canlı efirdə pozub

İsrailin “Yedioth Ahronoth” qəzeti isə Netanyahu tərəfindən səsləndirilən məlumatla bağlı maraqlı detal açıqlayıb. Bildirilib ki, sözügedən məlumatın ictimaiyyətə açıqlanmasına aylardır qadağa qoyulub. Netanyahu isə bu qadağanı canlı efirdə pozub.

Netanyahu seçicilərə müraciət edib

Baş nazir proqram zamanı qarşıdan gələn seçkilər barədə də danışıb. O, sağçı düşərgədə səslərin parçalanmaması üçün seçiciləri kiçik sağ partiyalara səs verməməyə çağırıb.

Netanyahu, həmçinin İsrail ordusunun Suriyadakı son əməliyyatlarına toxunaraq, bu addımların seçkiqabağı siyasi məqsədlərlə həyata keçirilmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir