Dələduzluqda ittiham olunan şəxs xüsusi konvoyla Azərbaycana gətirildi

Dələduzluqda ittiham olunan şəxs xüsusi konvoyla Azərbaycana gətirildi

Xəbər Yerində xəbər verir ki, dələduzluqda təqsirləndirilən Azərbaycan vətəndaşı Ədalət Mustafayev Qazaxıstandan ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluğun məlumatına görə, onun Azərbaycana təhvil verilməsi qurumun vəsatəti əsasında Qazaxıstan Baş Prokurorluğunun qəbul etdiyi qərarla həyata keçirilib.

Ədalət Mustafayev Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində araşdırılan cinayət işi üzrə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə şübhəli bilinir.

İstintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilən Mustafayev Qazaxıstanda saxlanılıb və xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirilib.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyənləşdirilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir