Xəbər Yerində xəbər verir ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. Bu gün onun 62 yaşı tamam olur.
O, 1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirib, daha sonra tibb təhsili alıb. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edən Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti olub və müxtəlif illərdə UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərib.
Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

