Xəbər Yerində xəbər verir ki, Bakının Binəqədi rayonunda yanğın zamanı 36 yaşlı kişi həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Əcəmi Naxçıvani küçəsində yerləşən tikilidə baş verib.
Yanğın bir dam altında yerləşən və bir neçə ailənin yaşadığı, ümumi sahəsi 700 kvadratmetr olan birmərtəbəli taxta konstruksiyalı tikilidə başlayıb. Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub və alovun genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikilinin 150 kvadratmetr sahədə yanar konstruksiyaları, eləcə də bitişik qarajın 10 kvadratmetr sahədə konstruksiyaları yanıb.
Hadisə yerinə baxış zamanı 1990-cı il təvəllüdlü Fərid Tapdıqovun meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

